“Araz-Naxçıvan”ın yeni baş məşqçisinin köməkçiləri bəlli olub
05.01.2026 - 12:12
“Araz-Naxçıvan”ın yeni baş məşqçisinin köməkçiləri bəlli olub

"Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenkonun köməkçilərindən biri italiyalıdır.

Apasport.az xəbər verir ki, ukraynalı mütəxəssisin fiziki hazırlıq üzrə köməkçisi Rikkardo De Vivo olacaq.

UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu Tbilisi "Dinamo"su olub. İtaliyalı mütəxəssis müxtəlif illərdə "Jenis" (Qazaxıstan), "Liepaya" (Latviya), "Lokomotiv" (Tbilisi, Gürcüstan), "Episkopi" (Yunanıstan) və başqa klublarda işləyib.

Digər köməkçilər Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılov olacaq.