Misli Premyer Liqasının XVI turunun son oyun günündə "Sabah" "Səbail"i qəbul edib. (4:0)
Apasport.az xəbər verir ki, oyundan sonra "Sabah"ın məşqçisi Artur Oleninin iştirakı ilə mətbuat konfransı keçirilib.
Mütəxəssis oyun haqqında fikirlərini bildirib:
Çox yaxşı oyun oldu. Dominant tərəf idik. Gözəl qollar vurduq. Düzdür, iki qolumuz sayılmadı. Buna da baxmaq lazımdır, ki, nəyə görə saymadılar. Futbolçuları göstərdikləri oyuna görə təbrik etdik. Belə davam etməliyik.
- Hər dəfə belə oyunlardan sonra "Sabah"ın geridönüş etdiyini düşünürük, amma sonrakı matçda xal itirirsiz. Demək olar ki, "Sabah" geri qayıtdı?
- Doğrudur. Çalışırıq ki, vəziyyəti düzəldək. Amma bəzən alınmır. Çünki rəqiblər də qalib gəlmək istəyir. Düşünürük ki, vəziyyəti düzəldəyəcəyik.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ