"Vətənə ən yüksək dərəcə ilə qayıtmaq istəyirdim. Amma belə bir deyim var ki, idmançı fəxri kürsüdədirsə, deməli, güclüdür".
Bunu apasport.az saytının Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında III Avropa Oyunlarında bürünc medal qazanan Azərbaycan karateçisi Asiman Qurbanlı (+84 kq) deyib.
O bildirib ki, üzərimdə çox işləməlidir: “Hər zaman özümə ən yüksək nəticəni yaraşdırıram. Çətin qrupda mübarizə apardım. Adlı-sanlı rəqiblərə qalib gələrək yarımfinala yüksəldim. Bu raundda üz-üzə gəldiyim xorvatiyalı Andelo Kvesiç 2019-cu il Avropa Oyunlarında döyüşdüyüm idmançı idi. Bir-birimizi dəfələrlə məğlub etmişik. İdmanda bir nəfər udur, digəri uduzur. Himnimizi səsləndirmək istərdim. Amma şükürlər olsun ki, medalçılardan biri də mən oldum. Qarşıdakı yarışlara daha böyük motivasiya ilə hazırlaşacağam".
Qurbanlı yalan və bəhanələri sevmədiyini vurğulayıb: "İdmançı nə qədər bəhanə gətirirsə, mənə görə, bir o qədər zəifdir. Vaxt əleyhimə işləyirdisə, elə edə bilərdim ki, əksinə olsun. Bəhanə gətirib özümü kiminsə gözündə qaldırmağa dəyməz. Hər zaman qızıl medal üçün vuruşmaq lazımdır. Çünki qalibi heç kim mühakimə etmir. Medalın dəyəri hər zaman göz önündə olur".
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək