“Yarımfinalda olduğum üçün sevincliyəm”.
Bunu apasport.az saytına açıqlamasında Azərbaycan karateçisi Asiman Qurbanlı deyib.
Krakov-2023 III Avropa Oyunlarının yarımfinalına yüksəlməklə medallardan birini təmin edən təmsilçimiz yarış barədə fikirlərini açıqlayıb: “Ona görə ki, medalı artıq təmin etmişəm. Keçən Avropa Oyunlarının qızıl medalçısı kimi yenidən çempionluq qazanmaq istəyirəm. Görüşlərin hər biri ağır keçir. Çünki rəqiblərimin hər birinin öz gücü var. Çünki Avropanın ən güclü 8 idmançısı bu oyunlarda iştirak edir”.
Qurbanlı rəqibləri barədə də danışıb: “İlk rəqibim ispaniyalı idi. Ona qalib gəldikdən sonra gürcü rəqibimə uduzsam da, son döyüşdə qələbə çalıb yarımfinala yüksəldim. Mənim üçün əsas finaldır. Qalib olub, himnimizi səsləndirib, bayrağımızı yüksəklərdə dalğalandırmaq istəyirəm”.
Qeyd edək ki, Asiman yarımfinalda xorvatiyalı Andelo Kvesiçlə görüşəcək.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO