Atıcılarımız Almaniyada ilk medallarını qazanıb
25.01.2025 - 00:54
Azərbaycan idmançısı atıcılıq üzrə H&N kubokunda uğurlu çıxış edib.
Apasport.az xəbər verir ki, Vladislav Kalmıkov Almaniyanın Münhen şəhərində keçirilən yarışda bürünc medal qazanıb.
Atıcımız oğlanlar arasında pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışında 217.1 xal toplayıb. Bu, turnirdə 7 snayperlə təmsil olunan komandamızın ilk medalı olub.
Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0