Atıcılarımız Almaniyada növbəti medalları qazanıblar
26.01.2025 - 11:55
Azərbaycanın güllə atıcısı Vladislav Kalmıkov Almaniyanın Münhen şəhərində keçirilən "2025 H&N" Kubokunda daha bir medal qazanıb.
Apasport.az xəbər verir ki, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada (start-2) gümüş mükafat əldə edib.
Kalmıkov 236.0 xalla ikinci olub.
Xatırladaq ki, Vladislav Kalmıkov daha əvvəl bürünc mükafat da qazanıb.
Leyli Əliyeva isə pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 213.9 xal toplayaraq bürünc medala sahib çıxıb.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0