Azərbaycan Atıcılıq Federasiyası (AAF) ötən ilin ən yaxşı idmançılarını mükafatlandırıb.
Apasport.az xəbər verir ki, il ərzində əldə etdikləri beynəlxalq uğurlara əsaslanan daxili qiymətləndirmə nəticəsində Vladislav Kalmıkov ilin "ən yaxşı kişi", Leyli Əliyeva isə "ən yaxşı qadın" idmançısı seçilib.
Atıcılıq üzrə olimpiya növlərində Azərbaycan rekordlarını yeniləyən Nigar Nəsirova, Ruslan Lunev, Reqina Meftaxetdinova, Zeynəb Sultanova və Üzeyir Tapdıqlı xüsusi mükafatlarla təltif olunublar.
Tədbirdə AAF-ın vitse-prezidentləri Zemfira Meftaxetdinova və Tofiq Bəylərov, baş katib Emin Cəfərov, eləcə də federasiyanın məşqçiləri və idmançıları iştirak ediblər.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”