Atıcımızdan qızıl medal
23.03.2024 - 20:30
Güllə atıcılığı üzrə Almaniyanın Dortmund şəhərində ISAS 2024 beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, millimiz daha bir medal qazanıb.
10 m məsafəyə pnevmatik tapançadan atəşaçmada mübarizə aparan Vladislav Kalmıkov fəxri kürsüyə yüksəlib.
Hədəfi daha dəqiq nişan alan təmsilçimiz bütün rəqiblərini arxada qoyaraq, qızıl medal qazanıb.
Qeyd edək ki, bu, Azərbaycan millisi turnirdə 6-ci mükafatı olub. Bundan əvvəl komandamız 2 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0