İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin daha iki üzvü – Əli Şükürlü və Əli Quliyev yaşı 15-ə qədər oğlanların mübarizəsində 94 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.
Quliyev birdən qaldırma hərəkətində 112 kq nəticə ilə 4-cü, təkanla qaldırma hərəkətində isə 130 kq nəticə ilə 8-ci yeri tutub. Toplam 242 kq (112+130) nəticə göstərən atletimiz bu çəkinin yekun sıralamasında 6-cı yeri tutub.
Şükürlü isə daha yaxşı çıxış edib. O, birdən qaldırma hərəkətində 120 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb. Şükürlü eyni uğura təkanla qaldırma hərəkətində də nail ola bilib. O, 145 kq nəticə ilə bu hərəkətdə də bürünc medal qazanıb.
Toplam 265 kq (120+145) nəticə ilə Şükürlü Avropa birinciliyində 94 kq çəki dərəcəsinin yekun sıralamasında da 3-cü yerə çıxaraq fəxri kürsüyə qalxmağı bacarıb.
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ