Atletimiz lisenziya xarakterli yarışda zədələndi
14.02.2024 - 13:19
Azərbaycan atleti Nazim Babayev zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.
Bildirilib ki, 26 yaşlı idmançı Dünya Atletikasının gümüş səviyyəli turniri olan “Belqrad qış turniri” üçün Serbiyaya yollansa da, zədə ucbatından yarışda mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 44 ölkədən 160 atlet iştirak edir.
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
0
0