[b]Atletimizdən 7-ci yer[/b]
26.07.2018 - 16:00
İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan millisinin heyətində körpücük üzərinə Rahilə Hüseynova çıxıb.
O, yaşı 15-ə qədər olan qızların mübarizəsində 69 kq çəki dərəcəsində yarışıb. Rahilə birdən qaldırma hərəkətində 63 kq nəticə ilə 5-ci, təkanla qaldırma hərəkətində isə 68 kq nəticə ilə 7-ci yeri tutub. Toplam 131 kq (63+68) nəticə göstərən Hüseynova bu çəkinin yekununda 7-ci pillədə qərarlaşıb.
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
0
0