Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə bu gün yekun vurulacaq.
Apasport.az xəbər verir ki, çempionatın beşinci günündə 53 kq, 57 kq, 62 kq, 65 kq və 72 kq çəkidə medalçılar bəlli olacaq. Azərbaycan millisinin iki üzvü medal uğrunda mübarizə aparacaq.
62 kq Birgül Soltanova təsəlliverici görüşə çıxıb. Yerli idmançı Amina Roksana Kapezanla ilə güləşən təmsilçimiz 6:0 hesabıyla qalib gəlib və bürünc medal uğrunda qarşılaşmada iştirak hüququ qazanıb.
65 kq Avropa çempionatlarında 1 qızıl və 3 gümüş olan Elis Manolova ilk bürüncü üçün xalçaya çıxacaq. Onun rəqibi təsəlliverici qarşılaşmada dəqiqləşəcək.
Qeyd edək ki, qadın güləşçilərimiz Buxarestdə iki qızıl medal qazanıblar. Mariya Stadniklə (50 kq) 10-cu, Alyona Kolesnik (59 kq) ilk dəfə qitənin ən güclüsü olub.
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO