Avropa çempionatında daha 3 medal qazandıq
14.02.2024 - 23:13
Avropa çempionatında daha 3 medal qazandıq

Rumıniyanın paytaxtı Buxarestin ev sahibliyi etdiyi güləş üzrə Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün birincilikdə yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.

Təmsilçilərimiz yarışın ikinci gününü də yüksək səviyyəli çıxışla tamamlayıb.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nihat Məmmədli çempion titulu uğrunda görüşdə moldovalı Viktor Çiobanunu sınağa çəkib. Rəqibini 8:3 hesabı ilə məğlub edən Məmmədli Avropa çempionu titulunu qazanıb.


67 kq çəki dərəcəsində mübarizəyə qoşulan Həsrət Cəfərov finala üç qələbə ilə yüksəlib. Avropa çempionumuzun həlledici qarşılaşmadakı rəqibi Ruslan Buçirin (AİN) olub və pəhləvanımız 8:5 hesabı ilə qalib gəlib. Bununla da Həsrət Çəfərəov ötən il qazandığı Avropa çempionu titulunu qorumuş olub.


72 kq çəki dərəcəsində yarışan Ülvi Qənizadə ardıcıl üç qələbə ilə finala yüksəlib. O, həlledici matçda türkiyəli Selcuk Canla bacarmayıb. 

Qeyd edək ki, "klassiklər"imiz Buxarestdə artıq üç medal qazanıblar. Murad Məmmədov (63 kq) çempion tituluna yiyələnib, Rəşad Məmmədov (55 kq) ikinci yeri tutub, Beka Kandelaki (130 kq) isə bürünc medala sahib olub.
 

0