Azərbaycan və Tacikistan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb.
Apasport.az xəbər verir ki, sentyabrın 23-də 8-ci km stadionunda keçiriləcək qarşılaşmadan bir gün əvvəl – sentyabrın 22-də hər iki komandanın media üçün tədbirləri baş tutacaq.
Tacikistan millisinin mətbuat konfransı saat 17:15-də, komandanın mətbuat üçün açıq məşqi isə saat 18:00-da başlayacaq. Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.
Azərbaycan millisinin mətbuat konfransı saat 19:15-də, yığmanın açıq məşqi isə saat 20:00-da keçiriləcək. Bu məşqin də ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.
Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqi 8-ci km stadionunda təşkil olunacaq.