Ayxan Abbasov U-21 millimizə baş məşqçi təyin edilib
14.03.2025 - 13:45
Ayxan Abbasov U-21 millimizə baş məşqçi təyin edilib

Aşağı yaş qruplarından ibarət yığma komandaların baş məşqçilərinin adları bəlli olub.

Apasport.az xəbər verir ki, AFFA U-17 millisi Aqil Nəbiyevə tapşırılıb. Nəbiyev U-17 yığmasını Belarusa turnirə aparacaq.

18 yaşadək futbolçulardan ibarət seçməni İlham Yadullayev çalışdıracaq.

U-19 millisinin də baş məşqçisinin adı bəllidir. Belə ki, Elxan Abdullayev yığmaya rəhbərlik edəcək. U-19 Qəbələdə toplanışda iştirak edəcək və Moldova ilə iki matç keçirəcək. 

A milliyə daha yaxın olan və əsas baza hesab edilən U-21 yığması isə Ayxan Abbasova tapşırılıb. 

Qeyd edək ki, mütəxəssislərin hər biri ilə 2025-ci ilin sonuna qədər müqavilə imzalanıb.