Azarkeşlə dava edən futbolçunun cəzası açıqlandı
08.04.2025 - 12:30
Azarkeşlə dava edən futbolçunun cəzası açıqlandı

Misli Premyer Liqasında XXIX turunda “Səbail”lə matçda azarkeşi vurmağa cəhd edən "Turan Tovuz"un futbolçusu Veysəl Rzayev 1-i şərti olmaqla 2 oyunluq cəzalandırılıb.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Həmçinin futbolçunun intizamsızlığına görə Tovuz təmsilçisi 2000 manat cərimələnib. 

Qeyd edək ki, sınaq müddəti 3 ay təyin edilib.