Azər Bağırov: “Səhvlərdən qaçmaq mümkün deyil"
04.12.2025 - 23:13
Azər Bağırov: “Səhvlərdən qaçmaq mümkün deyil"

"Kəpəz" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib.

Apasport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Həm biz, həm də azarkeşlər üçün maraqlı oyun alındı. Niyə bilmirəm, amma qələbəyə inanırdım. Rəqib haqqında çox danışmışdıq, bilirdik ki, səhvsiz oynasaq, qalib gələ bilərik. Müdafiədə yaxşı oynadıq və vacib qələbə qazandıq. Hakimlik bu gün normal idi. Yalnız qalib gəldiyimiz üçün yox, ümumilikdə razı qaldım. Səhvlər olur, amma onlardan qaçmaq mümkün deyil".