Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Apasport.az saytının məlumatına görə, Boks Mərkəzində təşkil olunacaq yarışda 15 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 66 komandanın 326 boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:30-da, döyüşlər saat 13:00-da başlanacaq.
Birincilikdə qaliblərin adına noyabrın 27-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, yarışın baş hakimi Emil Qurbanəliyev olacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib