Bu gün Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start veriləcək.
Apasport.az saytının məlumatına görə, Bakı Boks Mərkəzində təşkil olunacaq yarış 7 gün davam edəcək.
Oğlanlar 16, qızlar 13 çəki dərəcəsində güclərini yoxlayacaqlar. Bu birincilik Azərbaycan boks tarixində ilklə əlamətdar olacaq. Əgər indiyədək qız və ya qadın boksçular müsabiqədənkənar yarışa qatılırdısa, bu dəfə rəsmi olaraq rinqə çıxacaqlar.
Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 70 komandanın 369 boksçusu qatılacaq. Döyüşlər saat 13:00-da başlanacaq. Qaliblərin adına isə iyunun 22-də aydınlıq gələcək.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, birinciliyin baş hakimi Emil Qurbanəliyev olacaq.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar