Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında IX turun görüşləri başa çatıb.
Apasport.az xəbər verir ki, son turun maraqlı görüşlərindən biri Eltac Səfərli ilə Nicat Abasov arasında oynanılıb. Nəticədən asılı olaraq qalib ilk dördlükdə yer almaqla çempionluq uğrunda mübarizəni davam etdirəcəkdi. Ağ fiqurlarla oynayan Eltac Səfərli görüşü qələbə ilə başa vurmaqla final mərhələsinə vəsiqə qazanıb.
Digər oyunlara gəlincə, Ülvi Sadıqov Vüqar Manafovu məğlub edib. Vasif Durarbəyli – Məhəmməd Muradlı, Vüqar Əsədli – Aydın Süleymanlı, Əhməd Əhmədzadə – Xəzər Babazadə, Xaqan Əhməd – Murad İbrahimli, Fərid Mustafayev – İsmayıl Şahəliyev arasında görüşlər bərabərliklə yekunlaşıb. İsmayıl Qurbanov və Şahin Vəliyevə texniki qələbə verilib.
9 turdan sonra 7 xal toplayan Vasif Durarbəyli, hərəyə 6 xalı olan Vüqar Əsədli, Məhəmməd Muradlı və Eltac Səfərli yarımfinala vəsiqə qazanıb. Sabah başlayacaq yarımfinalda Vasif Durarbəyli Eltac Səfərli ilə, Vüqar Əsədli isə Məhəmməd Muradlıya qarşı mübarizə aparacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib