Voleybol üzrə Azərbaycan çempionatının mükafatçı Enn Buijs həmcinsi ilə evlənib.
Apasport.az saytının məlumatına görə, artıq fəaliyyətini dayandıran “Lokomotiv”in şərəfini qorumuş niderlandlı hücumçu braziliyalı blokçu Ana Karolina Da Silva ilə münasibətlərini rəsmiləşdirib.
Onların bir-birini 2016-cı ildən sevdiyi bildirilir. Həmin vaxt “Reksona Sesc”də oynayan voleybolçular daha sonra 3 eyni komandada mübarizə aparıblar. Hazırda Braziliyada “Praia”da çıxış edən cütlük toyunu bu ölkənin Minas-Jerays ştatının Uberlandiya şəhərində edib.
Qeyd edək ki, 2014/2015 mövsümündə Bakının “Lokomotiv” klubunda oynayan Niderland millisinin kapitanı Azərbaycan Super Liqasının gümüş medalını qazanıb.
_1677826334.jpg)







- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib