Azərbaycan çempionu müəyyənləşir - "Zirə", yoxsa "Birbaşa Bakı"?
11.03.2025 - 13:03
Azərbaycan çempionu müəyyənləşir - "Zirə", yoxsa "Birbaşa Bakı"?

Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşəcək.

Apasport.az xəbər verir ki, həlledici görüşdə "Zirə" və "Birbaşa Bakı" komandaları üz-üzə gələcək.

Matç saat 21:00-da, Bakı Tennis Akademiyasında start götürəcək.

Qeyd edək ki, ötən il "Birbaşa Bakı" komandası Azərbaycan çempionu olmuşdu.