Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 gümüş və 3 bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, turnirin ilk günü 5 çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Oğlanların yarışında 66 kq çəkidə Aydın Rzayev bürünc medal əldə edib. 73 kq çəkidə Qadir Hüseynov gümüş medal, Süleyman Əliyev bürünc medal qazanıb. 60 kq çəkidə Nizami İmranov və 66 kq çəkidə Nicat Nağıyev yarışı 5-ci yerdə başa vurub.
Qızların yarışında 78 kq çəkidə Nərmin Əmirli bürünc medala sahib olub. +78 kq çəkidə Nigar Süleymanova isə yarışı 7-ci yerdə tamamlayıb.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib