Azərbaycan cüdoçuları Tbilisi keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə 2 medal əldə edib.
Apasport.az xəbər verir ki, Gürcüstanın paytaxtında keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçuları 1 qızıl, 1 bürünc medal qazanıb.
Yarışın ilk günündə 5 çəki dərəcəsində 7 cüdoçumuz tatamiyə çıxıb. Kişilər arasında 60 kq çəkidə mübarizə aparan cüdoçu Turan Bayramov qızıl medala sahib olub. Turan finalda Gürcüstan təmsilçisi Qiorqi Sardalaşviliyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qadınlar arasında 52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva bürünc medal qazanıb. Gültac bürünc medal uğrunda görüşdə çinli idmançı Yeqinq Junu məğlub edib.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib