Azərbaycan cüdoçuları Polşada təlim-məşq toplanışındadırlar
09.04.2025 - 15:19
Azərbaycan cüdoçuları Polşada təlim-məşq toplanışındadırlar

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət millisinin üzvləri Polşanın Poznan şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıblar.

Apasport.az xəbər verir ki, hazırlıq prosesi bu gün başa çatacaq.

Toplanışa yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir. Bu, mayın 3-4-də Türkiyənin İstanbul şəhərində keçiriləcək gənclər arasında Avropa Kubokuna hazırlıq məqsədi daşıyır.