Azərbaycan Kuboku: 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı bəlli olub
07.01.2026 - 13:01
Azərbaycan Kuboku: 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı bəlli olub

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı dəqiqləşib.

Apasport.az xəbər verir ki, "Sumqayıt" – "Zirə" və "Sabah" – "Qəbələ" matçları fevralın 4-də, "Şamaxı" – "Qarabağ" və "Turan Tovuz" – "Kəpəz" qarşılaşmaları isə növbəti gün keçiriləcək.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

4 fevral

17:00. "Sumqayıt" – "Zirə"

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:30. "Sabah" – "Qəbələ"

"Bank Respublika Arena"

5 fevral

14:30. "Şamaxı" – "Qarabağ"

Şamaxı şəhər stadionu

19:00. "Turan Tovuz" – "Kəpəz"

Tovuz şəhər stadionu