Futbol üzrə Azərbaycan Kubokunun I təsnifat mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, bu gün daha 4 oyun keçirilib.
“Şimal” “Qusar”la ı qəbul edib. “Lerik” “Ağdaş”la, “Sheki City” “Şəmkir”lə üz-üzə gəlib.
“Hypers Guba” isə səfərdə “Göygöl”ün qonağı olub.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
13 oktyabr
14:00. “Şimal” – “Qusar” 4:1
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Samir Qaracayev, Emin Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Siyəzən şəhər stadionu
14:00. “Lerik” – “Ağdaş” 0:4
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Zakir Şükürzadə, Sənan Bayramzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Lənkəran OİK stadionu
14:00. “Sheki City” – “Şəmkir” 0:1
Hakimlər: Vüqar Həsənli, Anar Bədəlov, Aydın Bəxşiyev, Niyaz Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şəki şəhər stadionu
15:00. “Göygöl” – “Hypers Guba” 2:3
Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Asif Abdullayev, Nazim Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elman Musayev
Göygöl OİK stadionu
Qeyd edək ki, I təsnifat mərhələsinin dünən keçirilən görüşlərində “Şahdağ Qusar” evdə “Kür-Araz”dan 3:1, “Şəfa” isə “Saatlı-Araz”dan 2:0 hesabı ilə üstün olub.