Azərbaycan Kubokunda antirekord
05.12.2025 - 11:24
Azərbaycan Kubokunun 1/8 final mərhələsində son 14 mövsümün ən aşağı məhsuldarlıq göstəricisi qeydə alınıb.
Apasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, 8 oyunda cəmi 19 qol vurulub.
Orta məhsuldarlıq 2,375-ə bərabər olub.
1/8 finalda daha aşağı məhsuldarlığa sonuncu dəfə 2011/12 mövsümündə təsadüf olunub. Həmin vaxt 7 qarşılaşmada 14 qol vurulub. Orta göstərici 2,00-a bərabər olub.
Qeyd edək ki, ötən mövsüm 1/8 finalda 27 qol qeydə alınmışdı.
0
0