Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandası Cənubi Koreyada təşkil olunan təlim-məşq toplanışını davam etdirir.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.
İdmançılarımız Asiya ölkəsində diqqət mərkəzindədir. Yığmamız məskunlaşdığı Çunçeon şəhərinin meri Donq Han Yuk tərəfindən də qəbul edilib.
Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, yaradılan şəraitə və göstərilən diqqətə görə merə təşəkkür edilib. Donq Han Yuk da öz növbəsində komandamızın məşq üçün Cənubi Koreyanı seçməsinin faydalı olacağına əmin olduğunu bildirib.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib