Azərbaycan millisi Premyer Liqa klubu ilə qarşılaşacaq
07.01.2026 - 15:02
Azərbaycan millisi Premyer Liqa klubu ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iki yoxlama görüşü keçirəcək.

Apasport.az AFFA-ya istinadən xəbər verir ki, komanda yanvarın 11-dən 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hazırlıq çərçivəsində U-21 iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Yanvarın 16-da "Səbail", 17-də isə "Şamaxı" ilə qarşılaşmalar planlaşdırılıb.

Toplanış üçün heyətə 24 futbolçu dəvət olunub.

Nr. Adı / Soyadı Klub

1 Səlim Həşimov Şamaxı

2 Rəvan Mirzəmmədov Sabah

3 Sadiq Məmmədzadə Difai

4 Emin Rüstəmov Səbail

5 Elgün Dünyamaliyev Cəbrayıl

6 Raul Məmmədov Kəpəz

7 Tuncay Yusifli İmişli

8 Səttar Tahirzadə Marcet (İspaniya)

9 Bilal İsmayılov Şamaxı

10 Rüfət Tahirov Difai

11 Hacıəli Şirəliyev Difai

12 Okan Təhmazlı Zaqatala

13 Elcan Əbilov Kəpəz

14 Cəfər Muxtarov Sabah

15 Elyas Bağci Hertha BSC (Almaniya)

16 Raul Süleymanov Hertha BSC (Almaniya)

17 Emil Süleymanov Şamaxı

18 Qurban Səfərov Mingəçevir

19 Xəyyam Məmmədli Baku Sporting

20 Həsən Nərəzli Ankaragücü (Türkiyə)

21 Elmar Məmmədov MOİK

22 Nihat Mehrəliyev Şamaxı

23 Şaxmar Aşurov Kəpəz

24 Davud Mənsumov Şamaxı