Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyəyə yollanıb.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Yığma baş məşqçi Sin Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında İstanbulda Böyükşəhər Bələdiyyəsinin komandası ilə birgə təlim-məşq toplanışında olacaq. Hazırlıqda Fəridə Əzizova, Patimat Abakarova, Minayə Əkbərova, Zemfira Həsənzadə, Məryəm Məmmədova, Səmərrux Osmanova, Paniz İsmailpur və Fatimə Məcidova iştirak edəcəklər. Məşqlər aprelin 26-da başa çatacaq.
Komanda ertəsi gün Bolqarıstana yollanacaq. Komandamız burada klublararası Avropa çempionatında gücünü yoxlayacaq.
Qeyd edək ki, Sofiyada keçiriləcək yarış aprelin 30-da bitəcək.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib