Azərbaycan millisi Yunanıstana qarşı
11.03.2025 - 09:42
Azərbaycan millisi Yunanıstana qarşı

Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Apasport.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda IV turda Afinada Yunanıstanın qonağı olacaq.

V qrupun qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

AVRO-2026, əsas mərhələ
V qrup
21:00. Yunanıstan - Azərbaycan

Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov (hamısı Bolqarıstan).
Hakim-inspektor: Sven Eyhler (Almaniya).
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus).
Afina. DAİS Sports Hall.