Azərbaycanın qadınlardan ibarət karate üzrə millisinin baş məşqçisi dəyişib.
Bu barədə apasport.az saytınaa Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib.
O bildirib ki, təxminən 10 gün olar ki, Denis Morozovla yollar ayrılıb: “Düşündük ki, o, Olimpiada zamanı öz işini gördü. Həm də maliyyə məsələsinə görə belə etdik. Onun yerinə kişilərdən ibarət yığmada məşqçi işləyən Şahin Xudaverdiyevi bu vəzifəyə məşqçi təyin etdik”.
Qeyd edək ki, İrina Zaretskayanın da şəxsi məşqçisi olan Morozov 2019-cu ilin əvvəllərində qadın millimizə təyin olunmuşdu.
Səbuhi Musa
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib