Kişi və qadın takevondoçulardan ibarət Azərbaycan milli komandaları Koreya Respublikasında təlim-məşq toplanışına start veriblər.
Apasport.az xəbər verir ki, Seul şəhəri Milli İdman Universitetində təşkil olunan hazırlıqda kişilərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayevlə məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında Səyyad Dadaşov, Qaşım Maqomedov, Cavab Ağayev, Eltac Qafarov, Hamidreza Badrialiabadi və Milad Beiqi Harçeqani iştirak edirlər.
Qadınlardan ibarət yığmamız isə baş məşqçi Sun Mi Parkın rəhbərliyi altında hazırlıq keçir. O, məşqlərə Zemfira Həsənzadə, Məryəm Məmmədova, Minayə Əkbərova, Səmmərux Osmanova, Səidə Əliyeva və Fatimə Məcidovanı cəlb edib.
Qeyd edək ki, toplanış Olimpiya lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyır. Məşqlər yanvarın 27-dək davam edəcək.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib