Azərbaycan üzgüçüləri III MDB Oyunlarında üç medal qazanıb - FOTO
29.09.2025 - 11:35
Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.
Apasport.az xəbər verir ki, bu gün keçirilən 200 metr məsafəyə "butterfly" üsulu ilə üzmədə Azərbaycan üzgüçüsü Oqtay Hüseynov gümüş medal qazanıb.
Rusiyalı Maksim Starovoytov qızıl, özbəkistanlı Javlonbek Qaniyev isə bürünc medala sahib çıxıb.
Bundan başqa, qadınlar arasında 200 metr məsafəyə "butterfly" üsulu ilə üzmədə Azərbaycanlı üzgüçülər Mehri Əbdürəhmanlı gümüş, Anastassiya Gnussina bürünc mükafat əldə edib. Qızıl medala rusiyalı Anastasiya Chernışova sahib çıxıb.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0