“Turan” Çempionlar Liqasının qrup mərhələsində - YENİLƏNİB
10.11.2026 - 19:35
Qadın voleybolçulardan ibarət “Turan” klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, Tovuz təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Maritsa” komandasını 3:0 hesabı ilə məğlub edib.
Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma saat 18:00-da başlayıb.
Qeyd edək ki, “Turan” səfərdəki ilk görüşdə də rəqibini 3:0 hesabı ilə üstələyib.
0
0