Avqustun 11-14-də Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər kuboku keçiriləcək.
Apasport.az saytının məlumatına görə, 6-cı dəfə təşkil olunacaq yarışda Azərbaycan millisi məşqçi Ağası Məmmədovun rəhbərliyi altında mübarizə aparacaq.
O, Vrbasda Bilal Nəzərov, Faiq Mollayev (hər ikisi 46 kq), Vaqif Hacıyev, Tağı Nəsibov (hər ikisi 50 kq), Məhəmmədəli Aşırəliyev (54 kq), Məhəmmədəli Qasımzadə (57 kq), Məhəmməd Quliyev (63 kq), Ziya Həsənov (66 kq) və Ayxan Əliyevə (70 kq) şans verəcək.
Serbiyaya bu gün yollanan komanda Bakıya avqustun 15-də dönəcək.
Qeyd edək ki, turnirin püşkü avqustun 10-da atılacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib