Erməni əsilli rusiyalı tennisçi Karen Xaçanov fevralın 13-dən 19-dək Niderlandın Rotterdam şəhərində keçiriləcək ATP-500 turnirindən çıxarılıb.
Apasport.az xəbər verir ki, onu turnirin əsas "setka"sında Fransa təmsilçisi Benjamen Bonzi əvəzləyəcək.
Həmin turnirdə Rotterdamda rusiyalı idmançılardan Daniil Medvedev və Andrey Rublyov iştirak edəcək.
Qeyd edək ki, daha əvvəl Karen Xaçanov "Böyük Dəbilqə" seriyalı "Australian Open" turnirində qondarma Dağlıq Qarabağ Respublikasını təbliğ edən hərəkətləri ilə yadda qalıb. Bu səbəbdən də Azərbaycan Tennis Federasiyası Beynəlxalq Tennis Federasiyasına məktub yazaraq idmançı haqda ölçü götürülməsini tələb edib.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib