Fevralın 24-də Azərbaycan Elektron İdman Növləri Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə federasiya prezidenti Adil Mahmudov çıxış edərək tarixi gənc olan idman növü haqqında məlumat verib, keçirilmiş yarışlar haqqında danışıb. Bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.
Sonra Azərbaycan Elektron İdman Növləri Federasiyasının İcraiyyə Komitəsinə yeni seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, növbəti 4 il müddətinə Oqtay Qasımzadə federasiyasının prezidenti, Siyavuş Hüseynov vitse-prezidenti, Hadı Rəcəbli, Ramin Əliyev və Məmməd Əlizadə İdarə Heyətinin üzvləri seçiliblər. Daha sonra Nəzarət Təftiş Komitəsinə seçkilər keçirilib. Ənvər Hüseynov sədr, Fərid Azayev və Adil Mahmudov isə üzv seçiliblər. Sonda Oqtay Qasımzadə çıxış edərək göstərilən etimada görə təşəkkür edib.
- UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində keçirilən futzal yarışı başa çatıb
- “İlk Azərbaycan Kubokunun qalibi olaraq adımızı tarixə yazdırdıq”
- XXXI turun təyinatları bəlli oldu
- Azərbaycan futbolunda həlledici qərar: Premyer Liqa pley-offunda limit olmayacaq
- "CBC Sport" yarımfinal matçını niyə yayımlamayıb? - RƏSMİ BƏYANAT