Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub.
Apasport.az xəbər verir ki, medalların üzərində Oyunların rəsmi loqosu əks edilib.
Bu dizayn birliyi, idman ustalığını, gücü və mübarizə ruhunu simvolizə edir.
Yarışlarda ümumillikdə 1694 medal (505 qızıl, 505 gümüş, 684 bürünc) uğrunda mübarizə gedəcək. Bundan əlavə, qalib komandaların uğuruna ən çox töhfə verən idmançıların da xüsusi mükafatlarla təltif edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışlar 12 idman məkanında keçiriləcək.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”