Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirə turnirində Azərbaycanın 2 güləşçisi medal qazanıb.
Apasport.az xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi İntiqam Vəlizadə (61 kq) həlledici görüşdə türkiyəli Rəcəp Topala (1:4) məğlub olaraq gümüş medal qazanıb.
İbrahim Yusubov (92 kq) isə bürünc medal uğrunda görüşdə moldovalı Andrian Qrosul (6:1) üzərində inamlı qələbə qazanaraq Azərbaycanın hesabına 2-ci medalı yazdırıb.
Qadınların yarışında Elis Manolova (62 kq) sabah bürünc medal uğrunda görüşdə yenidən Cenifer Peyc Rocerslə (ABŞ) qarşılaşacaq.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO