23-26 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyrə şəhərində Karate1 Youth League turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, Ümumdünya Karate Federasiyasının nüfuzlu turnirlərindən olan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparacaq.
67 ölkədən 1169 idmançının iştirak etdiyi turnirində klub və milli komandamızın üzvlərindən ibarət 27 nəfərlik heyət çıxış edəcək. Karateçilərimizi milli komandanın məşqçilərindən Şahin Xudaverdiyev, Seymur Xudaverdiyev və Akif Kərimov müşayiət edəcək.
Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev mötəbər yarışın hakimləri arasında olacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib