Azərbaycanın 4 gimnastı Dünya Kubokunda iştirak edəcək
29.03.2024 - 12:35
Kişi və qadın idman gimnastikası üzrə Azərbaycan millisi “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcək.
Apasport.az xəbər verir ki, bu gün Türkiyənin Antalya şəhərində startı veriləcək yarışda 4 idmançımız mübarizə aparacaq.
Məşqçilər Eldar Səfərov və Olqa Barkalavanın rəhbərliyi altında Mənsum Səfərov, Rəsul Əhmədzadə, Murad Ağarzayev və Nazənin Teymurova fəxri kürsüyə qalxmağa çalışacaqlar.
Beynəlxalq dərəcəli hakimlər Nihad Şirinli və Anjella Abdullayeva da yarışda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, Dünya Kubokuna martın 31-də yekun vurulacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0