Azərbaycanın daha iki cüdoçusu Qran-pridə mübarizəyə başlayır
09.03.2024 - 13:44
Bu gün Azərbaycanın daha iki cüdoçusu Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə mübarizəyə qoşulacaq.
Apasport.az xəbər verir ki, Aytac Qardaşxanlı (63 kq) və Rəşid Məmmədəliyev (73 kq) tatamiyə çıxacaqlar.
Ötən gün Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) yarışı medalsız başa vurublar.
Qeyd edək ki, martın 10-da Camal Qamzatxanov (+100 kq) qüvvəsini sınayacaq. Turnirdə 82 ölkədən 568 idmançı iştirak edir.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0