Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa Açıq turniri keçirilir.
Apasport.az-ın xəbərinə görə, Azərbaycan Mərkəzi Avropadakı turnirdə 6 qadın cüdoçu ilə təmsil olunur.
Artıq bunlardan Ramilə Əliyeva (48 kq) Tereza Bodnarovaya (Çexiya), Zeynəb Məmmədova (52 kq) Səltənət Sultanbəyovaya (Qazaxıstan), Nərgiz Hacıyeva (63 kq) Şarlot fon Leupoldta (Almaniya), Diana Şoranova (63 kq) Meiv Koflana (Avstraliya) uduzaraq medalsız qalıb.
Sabah Günel Həsənli (70 kq) Cenifer Çerlauya (Macarıstan) və Aytəkin Paşazadə (78 kq) Aleksandra Turekə (Polşa) qarşı güləşəcək.
Qeyd edək ki, qadın cüdoçularımız yanvarda Portuqaliya Qran Prisində iştirak etsə də, oradan da medalsız qayıtmışdılar.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib