Azərbaycanlı fiqurlu konkisürənlərdən Almatıda bürünc medal
09.10.2026 - 17:31
Azərbaycanlı fiqurlu konkisürənlərdən Almatıda bürünc medal

Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən buz üstündə rəqs cütlüyü Sofiya Beznosikova və Maks Leleu bürünc medal qazanıblar.

Apasport.az xəbər verir ki, idmançılarımız oktyabrın 7-dən 11-dək Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq yarışda uğurlu çıxış ediblər.

Sofiya Beznosikova və Maks Leleu ritm və sərbəst rəqsin yekununda 146,34 xal toplayaraq beş cütlük arasında üçüncü yeri tutublar.