Azərbaycanlı referilər seçmə mərhələ görüşündə
24.03.2025 - 13:49
Azərbaycanlı referilər seçmə mərhələ görüşündə

Azərbaycanın FİFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıb.

Apasport.az xəbər verir ki, onlar Nikosiya şəhərində 19 yaşadək futzalçılar arasında Avropa çempionatının seçmə mərhələsində Kipr – Almaniya oyununu idarə edəcəklər.

Qafarlı birinci, Cəbrayılov ikinci, Əmiraslanov isə üçüncü referi olacaq. Hakimlərimizin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.

Qeyd edək ki, qarşılaşma aprelin 15-də keçiriləcək.