“Azərlotereya” və “Sabah” əməkdaşlığı genişləndirir
Apasport.az xəbər verir ki, “Sabah” Basketbol Klubu ilə “Azərlotereya” ASC arasında görüş keçirilib.
Tərəflər arasında imzalanmış sponsorluq müqaviləsinə əsasən, “Azərloteraya” idmanda kütləviliyin təmin edilməsinə, gənc basketbolçuların yetişməsinə, basketbol yarışları vasitəsi ilə sosial məsuliyyətin təbliği, əməkdaşlıq əsnasında müxtəlif kampaniyalar keçirməklə basketbola azarkeş marağının artmasına dəstəkdir.
Görüşdə çıxış edən “Sabah Peşəkar İdman Klubu” İctimai Birliyinin sədri Yaqub Hüseynov “Azərlotereya”nın kluba dəstəyini yüksək qiymətləndirərək uğurlu əməkdaşlıqdan məmnun olduğunu ifadə edib.
Ölkədə idmanın inkişafına hər zaman dəstək olacaqlarını qeyd edən “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş da əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu bildirərək kluba yeni nailliyyətlər arzulayıb.
Qeyd edək ki, “Azərloteraya” “Sabah” BK-nın avrokubok və çempionat oyunlarında sponsor dəstəyi nümayiş etdirir.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO