“Bakı” “Lovçen”ə qarşı
27.10.2024 - 13:28
“Bakı” “Lovçen”ə qarşı

Kişi həndbolçulardan ibarət “Bakı” klubu bu gün növbəti avrokubok oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, Avropa kubokunda mübarizə aparan təmsilçimiz Avropa kubokunda 2-ci mərhələnin cavab görüşünə çıxacaq.

Paytaxtın eyniadlı klubu Monteneqroda “Lovçen”lə qarşılaşacaq. İlk oyunda nominal meydan sahibi olan təmsilçimiz bugünkü matçda qonaq qismində olacaq.

Qeyd edək ki, qarşılaşma “Lovçen” İdman Kompleksində təşkil olunacaq.

Avropa kuboku
2-ci mərhələ, cavab oyunu
27 iyun
21:00. “Lovçen” (Monteneqro) – “Bakı”
Hakimlər: 
Xaralambos Xaralambous, Efstatios Efstatiou (hər ikisi Kipr)
Çetinye. “Lovçen” İdman Kompleksi
İlk oyun - 41:21

 

0