“Formula-1” üzrə Azərbaycan Qran-prisi çərçivəsində pilotların Bakıda avtoqraf sessiyası keçirilib.
Apasport.az saytının məlumatına görə, hər biri 45 dəqiqə olmaqla, iki hissədən ibarət sessiyada azarkeşlər pilotlardan avtoqraf alıb, onlarla şəkil çəkdirmək şansı qazanıb.
Ümumilikdə 10 komandanın iştirak etdiyi avtoqraf sessiyasında ilk olaraq “McLaren”, “Haas”, “Red Bull”, “Alfa Romeo”, “Alpha Tauri”nin pilotları azarkeşlərlə görüşüb, avtoqraf veriblər.
İkinci sessiyada isə fanatlar “Mercedes”, “Alpine”, “Ferrari”, “Aston Martin” və “Williams” pilotlarından xatirə imzası alıblar.
Qeyd edək ki, yalnız üç günlük bilet sahibləri “Formula-1” üzrə Azərbaycan Qran-prisini izləməklə yanaşı, Dənizkənarı Milli Park ərazisində hazırlanmış Əyləncə Zonasında vaxt keçirə və avtoqraf sessiyalarında iştirak edə bilər.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib